AZ

Avropa Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə keçiriləcək və eyni saatda başlayacaq.

İtaliyada yerli “Roma” bir müddət öncə tarixində ilk dəfə Almaniya çempionluğunu bayram edən “Bayer”lə üz-üzə gələcək. Leverkuzen təmsilçisinin məğlubiyyətsiz seriyasının bu oyunda davam edib-etməyəcəyi böyük maraqla gözlənilir.

Digər yarımfinal görüşü isə Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutacaq. Şansları bərabər qiymətləndirilən bu komandaların görüşü də az maraq doğurmur.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab matçları mayın 9-da keçiriləcək. Final görüşü isə mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
2 may

23:00. “Roma” (İtaliya) – “Bayer” (Almaniya)
Baş hakim: Fransua Leteksye (Fransa)
Roma. “Olimpiko” stadionu.

23:00. “Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya)
Baş hakim: Daniel Zibert (Almaniya).
Marsel. “Velodrom” stadionu.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla