AZ

Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO

Ermənistanın 1990-1991-ci illərdə işğal etdiyi Qazax rayonunun kəndləri ilə həmsərhəd Tavuş mərzinin  “Kirants” adlanmış  Güney kəndində gərgin vəziyyət davam edir. Belə ki, bir qrup erməni sakin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə, bir sözlə, məlum  4 kəndin Azərbaycana qaytarılmasına etiraz edir. 
 
Moderator.az xəbər verir ki, “Hraparak”ın səhər saatlarında yaydığı məlumata görə, bu gün – mayın 2-i axşam saatlarında Güney kəndində vəziyyət daha da gərginləşib. 
 
Məlumatda deyilir ki, sakinlərlə polis arasında növbəti qarşıdurma yaranıb. Bu səbəbdən kəndə əlavə polis qüvvələri – “qırmızı beretlilər” yeridilib. Yolu kəsməyə çalışan bir neçə sakin polis bölməsinə aparılıb.

 

S.Laçın
 
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla