AZ

1 ildə sürücülərə 2 milyard avro cərimə yazıldı

2023-cü ildə Fransada yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə 2 milyard avrodan çox cərimə yazılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.

 

Məlumata görə, bu, tarixi rekorddur. Cərimələrin ümumi məbləği 2022-ci illə müqayisədə 7% çox olub. 

 

Cərimələrin artmasına səbəb kimi yol kameralarının sayının 4530-dan 4661-ə yüksəlməsi göstərilir.

 

Cərimələr əsasən sürət həddinin aşılması, işıqforun qırmızı işığında keçmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, avtomobil idarə edərkən mobil telefondan istifadə etmək və bir sıra digər qanun pozuntularına görə tətbiq edilib.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla