AZ

87 yaşlı erməni: “Niyə qoymursunuz, ölən balalarımızın dərdini çəkək, bizdən nə istəyirsiniz?”

“Övladlarımızı 100 metr aralıdakı məktəbə göndərəcəyik ki, türk gəlib aparsın?”.

KONKRET.az xəbər verir ki, bu sözləri Nikol Paşinyanın delimitasiya siyasətinə etriaz edən erməni kəndlilərindən biri olan 87 yaşlı sakin bildirib.

“Qoyun, Vətən uğrunda ölən balalarımızın dərdini çəkək. Yeni qurbanlar bizə lazım deyil. Bizdən nə istəyirlər? Lazım olsa, xəritəsiz hamıya şifahi olaraq sərhədləri göstərə bilərəm. Mən 87 yaşlı kişiyəm, müharibədə ölmüş oğlum Armeni unuda bilmirəm. Mənə yenə qırğın, övlad itkisi acısını yaşamaq istəmirəm. Amma oğlumun xatirinə həmişə xalqımın yanındayam”, – deyə yaşlı sakin bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla