AZ

Gömrük Komitəsinin zabiti və tələbəni "KamAZ"la vuraraq öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsini yük maşını ilə vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayələr Məhkəməsinin hökmü ilə o, 8 müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 2022-ci il sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında qeydə alınıb.


Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov 

Tarix: 2 May 2024, 08:14   
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla