AZ

Xeyli vəsait ödəyib obyekt aldı, bina təhvil veriləndə sahibi başqası çıxdı – ŞİKAYƏT+VIDEO

Xeyli vəsait ödəyib obyekt aldı, bina təhvil veriləndə sahibi başqası çıxdı – ŞİKAYƏT+VIDEO

Külli miqdarda pul ödəyib paytaxtda yeni tiki obyekt alan şəxs təsadüfən onun başqasına satıldığını öyrənib. Hadisə Bakı şəhər sakini Nail Cəfərovun başına gəlib.

Sonxeber.az xəbər verir ki, sözügedən şəxs problem ilə bağlı "Xəzər Xəbər"ə danışıb. Onun sözlərinə görə tam məbləği ödəməklə şəhərin mərkəzində 145 kvadrat metr sahəsi olan obyekt alıb. Obyektə dəmir işləri görmək üçün bir müddət binanın tam təhvil verilməsini gözləyən Nail Cəfərov avtomobili ilə həmin ərazidən keçərkən ona məxsus qeyri-yaşayış sahəsinin başqası tərəfindən təmir edildiyini görüb.

"Həmin obyektdə baxdım ki, səhər nəsə iş görürlər. Maşını saxlayıb maraqlandım. Dedilər ki, biz buranı təmir edirik. Sahibini soruşdum və mənə Şaban Məmmədovun olduğunu dedilər. Dedim ki, həmin adam kimdirsə onu çağırın. Yarım saat keçdi və yaxınlaşdı. Çıxardın maliyyə arayışı və sənədləri təqdim etdim. Oda eyni şəkildə etdi".

Məlum olub ki, eyni ünvanda yerləşən obyekt 3 dəfəyə olan baha qiymətə Şaban Məmmədova satılıb. Hər iki şəxs baş verənləri aydınlaşdırmaq üçün şirkət rəhbərliyi ilə görüşmək istəyib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla