AZ

İlk Intel prosessorlu oyun konsolu MSI Claw Bakıda!

Son zamanlar virtual oyunlara artan maraq, peşəkar oyunçuların sayının çoxalması  nəticəsində bir çox vendorlar bazara fərqli dizaynlar və müxtəlif parametrlərdə oyun konsollarını təqdim etdilər. Ən top parametrlərdə olan eksklüziv və fərqli oyun noutbuku modellərilə hər zaman digər istehsalçılardan seçilən MSI brendi də trendə uyğun olaraq, bu ilin əvvəlində yeni eksklüziv ilk İntel prosessorlu oyun konsolu MSI Claw’nu satışa çıxardı.

https://aztechshop.az/index.php?route=product/search&search=MSI%20Claw%20A1M&description=true

MSI Claw oyun konsolu oyunçuların işini rahatlaşdıran, erqonomik, yüngül çəkili və hər yerə, hətta uzaq səfərlərə belə daşınması rahat bir cihazdır. Bu konsol vasitəsilə Steam, Xbox, Epic platformalarından istənilən oyunu asanlıqla yükləyib, oyun həzzini hər yerdə yaşaya bilərsiniz.

Texniki özəlliklərə gəlincə isə, konsol ən son Intel Ultra 5 və 7 prosessorlarla gəlir. 7 düymlük toxunuşlu 100% sRGB rəng qamını dəstəkləyən  FHD/IPS ekran, yeni nəsil 16GB DDR5X RAM və 1TB Gen4 SSD ilə təchiz olunmuş, Intel Arc video kart və Intel'in Xess texnologiyası sayəsində oyun performansı bu konsolda maksimuma çatır. Nəticədə, enerjiyə qənaət edərək daha çox saat istifadə imkanı və yüksək FPS dəyərləri ilə müxtəlif oyunlardan sadəcə zövq alacaqsınız.

Thunderbolt 4 portunun mövcudluğu, 53 Vatlıq batareya, Wi-Fi 7 və Bluetooth 5.4 texnologiyası, yüngül çəkili olması və ən əsası erqonomik dizayn onun əsas üstünlüklərindəndir.

MSI Claw oyun konsolu cəmi 1699 AZN’dən başlayan qiymətlərlə hazırda satışdadır. Hətta bu qiymətlər taksitli alış zamanı da keçərlidir.

https://aztechshop.az/noutbuklar/?ocf=F1S0V35F3S2V3579724982V2870176612

AZTECH şirkəti 25 ildən artıqdır ki, yerli bazarda kompüter avadanlıqları üzrə aparıcı idxalçı şirkətlərdən biridir. Son və yeni modelləri hər zaman bazara İLK təqdim etməsi, daima müştərilərə olan özəl yanaşması, məhsulların geniş çeşidi, münasib qiymətləri ilə seçilir. MSI CLAW oyun konsolunu da ilk dəfə yerli bazarda satışa məhz AZTECH şirkəti çıxarmışdır.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla