- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Borussiya"nın qonağı olan PSJ Dortmunddan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
İdman.biz xəbər verir ki, bu, Fransa klubunun mövsümdə ilk quruhesablı məğlubiyyətidir.
Paris təmsilçisi 2023/24 mövsümündə uduzduğu görüşlərdə də qol sevinci yaşamışdı. Dortmunddakı yenilgi PSJ-nin 5-ci məğlubiyyətidir. Liqa1-də “Nitsa”ya 2:3 hesabı ilə uduzan fransalılar Çempionlar Liqasında “Nyukasl”a 1:4, “Milan”a 1:2, “Barselona”ya 2:3 hesabı ilə yenilib.
Qeyd edək ki, PSJ və “Borussiya” arasında cavab oyunu mayın 7-də keçiriləcək.
İdman.biz