AZ

Tbilisidə növbəti gecə: Polislə etiazçılar yenə bir-birinə girdi - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olaraq növbəti dəfə aksiya keçirilib.

Rustaveli prospektində parlament binası qarşısında yüzlərlə nümayişçi hökumətə etirazını bildiriblər.

Gecə saatlarına kimi davam edən aksiya yenə qarşıdurmasız ötüşməyib. Narazı kütlə skuter və zibil qutuları ilə yolları bağlayıblar.

Polis əməkdaşları isə aksiyaçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Polislə etirazçılar arasında qarşıdurmalarda hər iki tərəfdən xəsarət alanlar olub.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla