- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Mayın 1-də Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna qarşı keçirilən aksiya zamanı azı 8 nəfər ağır xəsarət alıb. Onların hamısı xəstəxanalara aparılıb. News365.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.
TASS-ın yaydığı məlumata görə isə artıq kütləvi etiraz aksiyaları demək olar ki, başa çatıb.
“Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı 8 mülki şəxs yaralanıb. Onlardan biri artıq xəstəxanadan evə buraxılıb”, - "Rustavi2" televiziyası nazirliyin bəyanatından sitat gətirib. Qeyd edilir ki, zərərçəkənlərin əksəriyyəti üz, baş və bədənin digər nahiyələrindən xəsarətlər alıblar.
Tural