AZ

Türkiyədə 1 MAY həyəcanı - 226 nəfər saxlanılıb

1 May Əmək və Həmrəylik Günü münasibətilə 4 vilayətdə icazəsiz ərazilərdə nümayiş keçirən və polisə hücum edən 226 nəfər saxlanılıb, 28 asayiş keşikçisi yaralanıb.

Herbiand.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada 1 May münasibəti ilə siyasi partiyalar, birliklər və qeyri-hökumət təşkilatları tərəfindən 78 vilayətdə 210 tədbir təşkil edildiyini bildirib.

Mitinq, yürüş, əklil qoyma kimi tədbirlərə təxminən 241 min adamın qatıldığını bildirən Yerlikaya, icazəsiz ərazilərdə nümayiş keçirən İstanbulda 217, Tuncelidə 4, Kahramanmaraşda 3, Aydında 2 nəfərinin saxlandığını barədə məlumat verib.

Hertbiand.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla