AZ

Bakının parksız QƏSƏBƏSİ: Bakıda zibil qablarını magistral yolun ortasına kim yerləşdirib? - VİDEO

Bakının parksız QƏSƏBƏSİ: Bakıda zibil qablarını magistral yolun ortasına kim yerləşdirib? - VİDEO

Bura Binə qəsəbəsidir. Böyüklər müəyyən qədər mövcud vəziyyətlə barışıblar. Amma onu uşaqlara izah etmək bir az çətin məsələdir. Söhbət bu boyda ərazisi olan Binədə heç bir parkın və istirahət yerinin olmamasından gedir.

Həmin qəsəbənin dərdi bununla bitmir. Burada su, yol və kanalizasiya problemləri bəsdirib.

Sonxeber.az xəbər verir ki, sakinlər problem ilə bağlı "Apa TV"yə danışıblar. Sakinlər deyir ki, onların yeganə istəyi 60 mindən çox sakini olan qəsəbədə istirahət üçün parkın salınmasıdır.

"Qəsəbədə park yoxdur. Uşaqlar əylənə və günlərini keçirdə bilmirlər. Bir dənə oturmağa yerimiz yoxdur. Ağsaqqallar zibilxananın yanında oturur. Qocalar indi necə edəcək? Heç bir şey yoxdur".

Qəsəbənin problemlərini sadalamaqla bitmir. Belə problemlərdən biri də magistral yolda məişət tullantıları üçün nəzərdə tutulan 4-5 ədəd zibil qutularının qoyulmasıdır. Nəzərə alaq ki bu zibil qutularına tullantılar sakinlər tərəfindən atılır. Heç bir texniki imkanlardan istifadə edilmir.

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla