AZ

Bakıda qardaşını döyən tanışını bıçaqladı - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, hadisə 05 noyabr 2023-cü il tarixdə akı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində dəmir yolu xətti kimi tanınan ərazidə qeydə alınıb.


Belə ki, Xəyal Məmmədovun qardaşı Sadiq əvvəllər tanıdığı zərərçəkmiş Akif Əliyev (soyadı şərti) tərəfindən döyülüb. O da məsələni araşdırmaq məqsədi ilə Akiflə görüşüb. Aralarında yaranmış mübahisə zamanı evdən götürdüyü mətbəx bıçağı ilə zərərçəkmişin bədəninə 1 zərbə endirib.
 

Hadisədən sonra Xəyal Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 2 May 2024, 09:31   
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla