AZ

Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti gəlir və xərclərini açıqladı

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü ili 93 min 715 manat xalis mənfəət ilə başa vurub.

Bu barədə Marja.az Xidmətin illik maliyyə hesabatlarına istinadən xəbər verir.

Ötən il Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin cəmi gəlirləri 873 min 564 manat, cəmi xərcləri 779 min 849 manat təşkil edib.

Qeyd edək ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmət Azərbaycan Prezidentinin  26 may 2023-cü il tarixli Fərmanı ilə yaradılıb.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa Tikinti və İdarəetmə Xidməti
Seçilən
8
Mənbələr
Şərh ()
Bağla