AZ

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Özbəkistana işgüzar səfərləri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olublar: "Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edilib".

Seçilən
24
14
Mənbələr
Şərh ()
Bağla