AZ

Moldova Qaqauz liderini “Rusiyadan pul almaqda” günahlandırır

Yazını böyüt
Yazını kiçilt

Moldovanın mərkəzi hökuməti ilə Qaqauz türkləri arasında münasibətlər pisləşir. Moldova məhkəməsi Rusiyameylli olmaqda ittiham etdiyi Qaqauziya bölgəsinin liderini mühakimə etməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, Rusiyadan Kremlyönlü partiyaya pul köçürməkdə ittiham olunan Qaqauz Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutsul Moldovada hakim qarşısına çıxıb. Qaqauz lideri Qutsul bildirib ki, ona rus dilində ittihamnamə təqdim olunmadığı üçün iclas təxirə salınıb.

Moldova prokurorlarının fikrincə, Qutsul 2019-2022-ci illər arasında Moldovada dələduzluqda təqsirli bilinən iş adamı İlan Şorun təsis etdiyi rusiyayönlü “Şor” Partiyasını maliyyələşdirmək üçün pul köçürməsində rol oynayıb.

Qaqauz lideri həmçinin 2022-ci ildə “Şor” Partiyasının təşkil etdiyi hökumət əleyhinə etiraz aksiyalarında iştirak üçün insanlara pul ödəməkdə ittihamlanır.

Paytaxt Kişinyovda məhkəməyə gələn Qutsul ona qarşı açılan işin “uydurma” olduğunu və rus dilində ittihamnamə verilmədiyi üçün iclasın mayın 27-nə təxirə salındığını bildirib.

Prokurorlar deyir ki, Qutsul təqsirli bilinərsə, o, 2 ildən 7 ilə qədər azadlıqdan və dövlət vəzifələrində işləməkdən məhrum edilə bilər.

Qaqauziya Moldovanın 140 min əhalisi olan muxtar bölgəsidir, əksəriyyəti etnik türklərdir.

Ötən il Qaqauziyada keçirilən seçkilərdə qalib gələn Yevgeniya Qutsul rusiyayönlü fikirlərə malikdir və Moldovanın Avropayönlü hökumətinə qarşıdır.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla