AZ

Türkiyə vətəndaşları üçün viza prosedurları dayandırılıb?

Yazını böyüt
Yazını kiçilt

Almaniya, İspaniya və İtaliyanın Ankaradakı nümayəndəliklərindən verilən məlumatda Türkiyə vətəndaşları üçün viza siyasətlərində heç bir dəyişiklik olmadığı və viza müraciətlərinin davam etdirildiyi bildirilib.

Hafta.az-ın AA-ya istinadən yazdığına görə, Almaniya, İspaniya və İtaliyanın Ankaradakı səfirliklərinə Türkiyə vətəndaşlarının viza müraciəti proseslərinin dayandırıldığı iddiaları ilə bağlı sual verib.

Almaniyanın Ankaradakı səfirliyindəki mənbələr son həftələr viza siyasətində heç bir dəyişiklik edilmədiyini və martda istifadəyə verilən müraciət sisteminin hələ də aktiv olduğunu bildirib.

Mənbələr Almaniya nümayəndəliklərinə daxil olan viza müraciətlərinin sayının verə biləcəkləri randevu sayından çox olduğunu bildirərək, əlavə edib: “Bu səbəbdən müəyyən vizalar üçün daha uzun gözləmə müddəti var. Lakin səfirlik və baş konsulluq hələ də qəbul edir. Siyasətimizdə heç bir dəyişiklik yoxdur”.

Almaniyanın Ankaradakı səfirliyindən ictimaiyyətə verilən açıqlamada, mart ayında Ankara, İstanbul və İzmirdə başladılan yeni təyinat müraciətinin davam etdiyi bildirilib.

İspaniyanın İstanbuldakı baş konsulluğundakı mənbələr də Türkiyə vətəndaşları üçün viza xidmətinin dayandırılmadığını, konsulluğun Türkiyə vətəndaşlarına hər gün viza verdiyini və bunu davam etdirəcəyini bildirib.

May ayı üçün bütün təyinatların dolduğu və bu səbəbdən iyun ayı üçün yaxın vaxtlarda yeni təyinatların açılacağı bildirilib.

İtaliyanın Ankaradakı səfirliyindən qaynaqlar da diplomatik nümayəndəliklərin may ayında viza müraciətləri üzərində işləməyə davam edəcəyinə diqqət çəkib və viza müraciətlərinin bağlanması ehtimalının olmadığını qeyd edib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla