AZ

“Bakı ilə razılaşmaya əsasən, sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq” – Paşinyan


“Azərbaycanla razılaşmaya əsasən, delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib.
“Azərbaycanla razılaşmaya əsasən, müəyyən edilmiş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək, çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların mandatıdır, yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq”, - deyə Paşinyan qeyd edib.
O, həmçinin qeyd edib ki, delimitasiya prosesi zamanı Ermənistan hökuməti təkcə ayrı-ayrı bölmələr üzrə deyil, həm də Ermənistanla Azərbaycan arasında bütün sərhədin bərpası üçün hüquqi əsaslar yaradacaq prinsip qəbul etməyi qarşısına vəzifə qoyub.
Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla