AZ

PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına səfərdə məğlub olan Fransa PSJ-si Kilian Mbappesiz stadionu tərk edib.

BAKU.WS “Foot Mercato”ya istinadən xəbər verir ki, matçdan sonra Mbappe dopinq testindən keçməli olub. Daha sonra hava limanında komanda yoldaşlarına qoşulub.

Görüş ev sahiblərinin 0:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə yeganə qolu Niklas Füllkrug vurub.

Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək, start fiti saat 23:00-da çalınacaq.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi ötən il turnirin finalında “İnter”i 1:0 hesabı ilə məğlub edən “Mançester Siti”dir.

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla