AZ

Yeni qaydalarda müəyyən edilən tələblər fiziki ödəniş kartlarından imtina edilməsi üçün mühüm addımdır - Tamerlan Rüstəmov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

"Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dairQayda"da qeyd olunan tələblər Azərbaycanda fiziki ödənişkartlarından imtina edilməsi üçün mühüm addımdır.

Bu barədə Trend-ə özəl müsahibəsində Bank of Baku ASC-nin Ödənişsistemləri departamentinin direktor müavini, Azərbaycan BanklarAssosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrəEkspert Qrupunun sədri Tamerlan Rüstəmov deyib.

"İlk növbədə qeyd edilməlidir ki, bu qayda “AzərbaycanRespublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredittəşkilatları haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemlərihaqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin tətbiqiməqsədilə qəbul olunub. Rəqəmsal ödəniş ekosistemində bir sıra yeniyanaşmaları təyin edən bu qaydada ilk dəfə olaraq ödəniş alətləriolan kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və elektronpul üzrə tələblər müəyyən edilib", - T.Rüstəmov deyib.

Onun sözlərinə görə, bank olmayan kredit təşkilatları tərəfindənkredit kartlarının emissiyası da bu qaydanın tələblərinə uyğunhəyata keçiriləcək.

"Bu əsasda bank olmayan kredit təşkilatları tərəfindən ödənişhesabları Mərkəzi Bankın "Bank hesablarının açılması, aparılması vəbağlanması Qaydası"na uyğun olaraq təmin ediləcək", - T.Rüstəmovdeyib.

O qeyd edib ki, qaydada ənənəvi "ödəniş tapşırığı" anlayışı"kredit köçürməsi" ilə əvəz olunub, kiçikhəcmli ödəniş alətlərinədair tələblər müəyyən edilib. Həmçinin, ödəniş sərəncamının,ayrılıqda inkasso sərəncamları, vergi və gömrük orqanlarınınsərəncamlarının icrasına dair ümumi çərçivə tələbləri qorunubsaxlanılıb.

"Qaydada ödəniş xidməti istifadəçisi olan ödəyiciyə ödəniş kartıilə ödəniş əməliyyatının aparılmasına imkan verən ödəniş aləti, ocümlədən, kart, ödəniş tətbiqi yüklənmiş mobil cihaz (telefon və yadigər avadanlıq) kart əsaslı ödəniş aləti olaraq müəyyən edilib. Buisə ödəniş tətbiqi yüklənmiş mobil cihaz vasitəsilə ödənişəməliyyatlarının icrası zamanı kart əsaslı ödəniş alətlərinə dairtələblərin tətbiqi deməkdir. Bu qaydanın qüvvəyə minməsi ilə"Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pulköçürmələri haqqında Təlimat" və "Ödəniş kartlarının emissiyası vəistifadə Qaydaları" qüvvədən düşür", - deyə T.Rüstəmovbildirib.

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan əməliyyatlardaməlumat təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ olaraq"Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda da müəyyənedilib. Yeni Qaydada bu tələbin əhatə dairəsi daha dagenişləndirilərək, bütün ödəniş alətlərinə şamil edilib.

"Belə ki, Qaydanın 3.17-ci maddəsinə əsasən - ölkə daxilindəaparılmış ödəniş əməliyyatları haqqında məlumatların ötürülməsi,toplanması, emalı və klirinqi, həmçinin, ödəniş alətininemissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkədaxilində həyata keçirilir".

Əvvəlki redaksiyada bu tələb ödəniş kartları ilə aparılanəməliyyatlar üzrə ancaq xidmət mərkəzlərinə şamil edilirdi. Hazırdaisə, hər hansı bir subyekt, o cümlədən, ödəniş xidmətitəchizatçısı, ödəniş sistemi operatoru arasında fərq qoyulmadan hərbiri əhatə edilib", - deyə o bildirib.

Ekspert qeyd edib ki, ölkəmizdə GooglePay, ApplePay kimiinnovativ ödəniş həll və texnologiyalarının tətbiqinin daha dagenişləndirilməsi ilə əlaqədar olaraq istisna tələbi bu Qaydada daqorunub saxlanılıb.

"Qaydanın 3.18-ci maddəsinə əsasən - ödəniş xidmətitəchizatçıları və ödəniş sistemi operatorları ilə ölkə xaricindəfəaliyyət göstərən ödəniş sistemi operatorları arasında ölkədaxilində aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsiaparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadiləolmadan həyata keçirilməsi mümkün olmasın", - o deyib.

T.Rüstəmov bildirib ki, Qaydaya əsasən elektron pul yalnız ikiformada eyniləşmiş və ya eyniləşməmiş formada emissiya edilə bilər.Eyniləşdirilməsi tələb edilməyən elektron pula dair tələblər, yənimaksimum məbləği və istifadə şərtləri kiçik həcmli ödəniş alətləriilə eynidir.

"Kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş alətiüzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının həcmi 300 (üçyüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan, bualətdə saxlanılan pul vəsaitinin həcmi də 300 (üç yüz) manatdan vəya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.İstifadəçisi yalnız fiziki şəxs olan bu ödəniş aləti ilə yalnızölkədaxili ödəniş əməliyyatları aparılır. Bu ödəniş aləti ilə pulköçürmələri və və pul vəsaitinin nağd qaydada məxariciəməliyyatlarının aparılmasına icazə verilmir. Elektron pul milli vəxarici valyutada emissiya edilə bilər.

Ödəniş xidməti təchizatçıları tərəfindən emissiya edilənelektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb isəMərkəzi Bank tərəfindən müəyyən edilir. Bu tələb hər bir ödənişxidməti təchizatçısına münasibətdə fərdi qaydada müəyyən ediləbilər", - deyə ekspert əlavə edib.

Departament direktorunun müavini elektron pulun əmanət hesabedilmədiyini qeyd edib.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun13.1.2-ci maddəsinə əsasən elektron pul sahibi olmaq istəyən şəxsəelektron pulun emissiyasından əvvəl elektron pulun emissiyası vəelektron puldan istifadə qaydaları ilə bağlı məlumat verilərkənelektron pulun "Əmanətlərin sığortalanması haqqında" AzərbaycanRespublikası Qanununa əsasən əmanət hesab edilmədiyi,sığortalanmadığı, habelə həmin vəsaitlərə faiz və ya digər formadagəlir ödənilmədiyi bildirilməlidir", - o deyib.

T.Rüstəmov vurğulayıb ki, ölkəmizdə ilk dəfə olaraq ödənişkartları bazarında rəqabət mühitinin daha da gücləndirilməsi,intereçync xidmət haqlarının və cashback layihələrinin həyatakeçirilməsində baş verə biləcək mənfi halların aradan qaldırılmasıməqsədilə "MCC code" adı ilə tanınan təsərrüfat subyektlərininticarət kodlarının tənzimlənməsi təmin edilib.

"Tələbə əsasən ekvayer kart əsaslı ödəniş əməliyyatı zamanıtəsərrüfat subyektinin fəaliyyət sahəsinə uyğun olaraq təsərrüfatsubyektinin ticarət kodunu (MCC kodunu) təyin etməlidir. Habelə,ekvayer kart əsaslı eyni ödəniş əməliyyatının avtorizasiyası vəklirinqi üzrə təsərrüfat subyektinin ticarət kodunu dəyişmədəntəqdim etməlidir. Belə ki, bu kodların dəyişdirilərək klirinq üzrəsonradan fərqli formada təqdim edilməsi interçeync xidməthaqlarının hesablanmasına və emitentin gəlirliliyinə birbaşa mənfitəsir göstərir", - o deyib.

Ekspertin sözlərinə görə, digər bir yeniliyə əsasən ödənişkartının üzərində rekvizitlərinin əks olunması artıq məcburixarakter daşımır.

"Lakin emitent bu məlumatları, yəni emintetin adı, ödənişkartının nömrəis, qüvvədə olma müddəti, müraciətləri günün 24(iyirmi dörd) saatı müddətində qəbul edən emitentin və ya emitentinxidmət olunduğu ödəniş sistemi operatorunun əlaqə vasitələrini kartistifadəçisi üçün əlçatan etməlidir. Bu tələb ictimaiyyətimizdəödəniş kartından fiziki asılılığın aradan qaldırılması və növbətimərhələdə fiziki kartlardan tam imtina edilməsi istiqamətində mühümbir irəliləyişdir. Bu yanaşma mobil bankçılıq xidmətinin inkişafetdirilməsinə əlavə dəstək göstərəcəkdir. Qaydadan, korporativkartlara dair məhdudlaşdırıcı xarakterli tələblər çıxarılıb. Hesabedirəm ki, növbəti strateji dövrdə bu korporativ kartların ödənişaləti olaraq istifadəsini daha da genişləndirəcəkdir", - odeyib.

T.Rüstəmov qeyd edib ki, Qaydanın tələbinə əsasən bu ödənişaləti ilə həyata keçirilən ödəniş əməliyyatları üzrə pulvəsaitlərinin uçotu emitent tərəfindən ümumi (konsolidə olunmuş)hesab üzrə aparıla bilər.

"Emitentlər ödəniş sistemlərində, o cümlədən Ani ÖdənişSistemində iştirak məqsədilə eyniləşdirilən əvvəlcədən ödənilmişkartların uçotunu ayrıca ödəniş hesabları üzərindən həyata keçirəbilər. Bu, əvvəlcədən ödənilmiş ödəniş alətinin bağlı olduğu ödənişhesabına IBAN tətbiq etməklə ödənişlərin aparılmasına imkanverəcəkdir. Bu tələbə əsasən hüquqi şəxslər və fərdi sahibkarlarəvvəlcədən ödənilmiş ödəniş alətləri üzrə əməliyyatlar apara bilər.Bu ödəniş əməliyyatlarının uçotu isə ümumi (konsolidə olunmuş)hesab üzrə deyil, fərdi qaydada aparılmalıdır", - deyə o son olaraqbildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətiaprelin əvvəlində "Ödəniş əməliyyatlarının aparılmasına və ödənişalətlərinə dair Qayda"nı təsdiq edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla