AZ

Ölkəmiz Vindzor Kral Atçılıq Şousunda yüksək səviyyədə təmsil olunur

Bakı. Trend:

Mayın 1-də hər il Böyük Britaniyada təşkil edilən ənənəvi"Vindzor Kral Atçılıq Şousu"na (Royal Windsor Horse Show) startverilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-əverilən məlumata görə, əzəmətli Vindzor qəsrinin ərazisindəkeçirilən tədbirdə Azərbaycanı 100 nəfərdən çox nümayəndə heyətitəmsil edir.

Azərbaycan nümayəndə heyətinin iştirakı Heydər Əliyev fondunundəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindəntəşkil edilib.

Nümayəndə heyətimizin tərkibinə DSX-nin rəqs ansamblı,sü­va­rilər dəstəsi, "Land of Fire" polo komandası daxildir.

Azərbaycan təmsilçiləri ta­ma­şaçılara yaxşı tanış olan, özünəheyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə seçilənQarabağ atlarında "Koroğlu" adlı şou-kompozi­siyanı təqdimedəcəklər. Kompozisiyanın əsasını ecazkar milli musiqimiz və zərifAzərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycanın xalq artisti,dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist TuralAğasiyev, Nigar rolunda Əməkdar artist Afaq Abba­sova və DSX hərbiorkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Azərbaycan musiqisinin sədaları altında "Sərhədçi" rəqsansamblının ifasında hərarətli rəqs­lərlə, DSX-nin süvarilərdəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümayişi vəqeyri-adi perfomanslarla müşayiət olunan şou-kompozisiyanınkul­minasiya nöqtəsi - süvarilərimizin Azərbaycanın və BöyükBritaniyanın dalğalanan dövlət bayraqları ilə nümayişi təqdimolunacaq.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə HeydərƏliyev fon­dunun dəstəyi ilə Azərbaycan xalqının tarixi,mədəniyyəti və xalçaçılıq sənətini özündə tərənnüm edən "AzerbaijanCultural" tenti qurulacaq. Azərbaycan naharı təşkil ediləcək və100-dən çox qonaq Azərbaycan milli mətbəxinin ləziz təamlarını dadabiləcəklər.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək "Vindzor KralAtçılıq Şousu"nda Azərbaycan nümayəndə heyətinin çıxışları mayayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30000-dənçox tamaşaçı izləyəcək.

"Vindzor Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycan nümayəndəheyətinin kral ailəsinin üzvləri ilə görüşləri planlaşdılıb.

Qeyd edək ki, mayın 4-də saat 19:15-də Azərbaycanın "Land ofFire" komandası ilə Böyük Britanyanın "Guards Polo Club" komandasıarasında yoldaşlıq görüşü keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Ölkəmiz
Ölkəmiz
Ölkəmiz
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla