AZ

Sosial şəbəkələrdə nifrət nitqləri 30 faiz artıb - Fernando Lottenberq

Bakı. Trend:

Sosial şəbəkələrdə nifrət nitqləri keçən illə müqayisədə 30 faizartıb.

Trend xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatınınkommisarı Fernando Lottenberq VI Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlararasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanıdeyib.

“Sosial mediada nifrət nitqləri görülməmiş şəkildə yayılır. Bizcəmiyyətdə məlumatın keyfiyyətini təmin etməliyik. İnsanlar özləridə hansı məlumatların keyfiyyətli, lazımlı olub-olmadığınıanlamalıdır. Rəqəmsal dünyada insanlar manipulyasiya edilir vəözlərini qoruya bilmirlər.

İfadə azadlığı anlayışı belə, nifrət nitqlərinin yayılmasınaşərait yarada bilər. Xüsusən də “X” sosial media platformasındanifrət nitqlərinin artması bizi narahat edir”, - deyə obildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla