AZ

İranlı alim yenə sərsəmlədi: Tehran birbaşa açıq mübarizəyə keçib

İranın Müasir Tarixi Tədqiqat Mərkəzində Azərbaycan əleyhinə növbəti tədbir keçirilib.

Tədbirin əsas məruzəçisi Tehran Universitetinin professoru Əhməd Kazımi Azərbaycana qarşı böhtanlar səsləndirib. O, Türk Dövlətlər Təşkilatının yaradılmasını “sionizm və anqlosaks planı” adlandırıb, "müsəlman-sionimz fenomeni"nin yaradılmasına çalışıldığını iddia edib.

Əhməd Kazımi deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi, İkinci Qarabağ müharibəsinin baş verməsi də "planın tərkib hissəsi"dir:

"Bundan sonra Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılması planlaşdırılır".

Çıxışında Qarabağın işğaldan azad olunmasından narahatlıq keçirdiyi hiss olunan tədqiqatçı Azərbaycanın "sionizmin bazasına" çevrildiyini iddia edib.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Ermənistan-Azərbaycan arasında normal münasibətlərdə irəliləyişin olduğunu görən İran birbaşa açıq mübarizəyə keçib.

Ekspert diqqətə çatdırıb ki, İran ümumiyyətlə, Azərbaycanı müstəqil görmək istəmir:

"İran İslam dininə uyğun siyasət aparmır. Əksinə İslamın məhvinə çalışır, müsəlmanların qanının daha çox tökülməsinə şərait yaradırlar. Bu yaxınlarda İraqda tarixdə ilk dəfə Türkiyə ilə sərhəddə baza yaradılması da Türkiyəyə qarşı İran-ABŞ gizli İttifaqının nəticəsidir. Türk dünyasının birləşməməsi, İslamın təhrif olunaraq aradan aparılması, müsəlmanların mümkün qədər məzhəb ixtilafları ilə zəiflədilməsi siyasətində ABŞ və İranı tam müttəfiq saymaq olar”.

Tural İrfan: İran mümkün qədər Azərbaycana mane olmaq istəyir

Onun sözlərinə görə, ABŞ-nin İrana ciddi təzyiq göstərməməsi, hətta İsrailin hücumlarına qarşı çıxması buna görədir ki, İran özü İslam və Türk dünyasına qarşı ABŞ-nin istəklərini tam icra edir. Müsahibimiz xatırladıb ki, İran fars birliyi yaratmaq üçün Tacikistana müraciət etmişdi. Təbrizdə erməni konsulluğunun fəaliyyəti kimi məsələlərlə İran mümkün qədər Azərbaycana mane olmaq istəyir:

“Onların məqsədi İslam inqilabının ixracı adı altında müsəlmanları qonşu ölkələrdə təsir altına salmaqla siyasi hakimiyyətlərə qarşı qaldırmaqdır. "Kərimə", yaxud başqa adlar altında Sasani imperiyasının siyasi sərhədlərini, sonra da coğrafi sərhədlərini yenidən cızmaqdır".

Aydın Baxış

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla