AZ

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2024-cü ilin aprel ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 26,9 faiz artaraq 11 660,8 milyon ABŞ dolları təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin mart ayına nisbətdə isə apreldə valyuta ehtiyatlarında 0,05 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar təşkil edib.

Seçilən
64
28
Mənbələr
Şərh ()
Bağla