AZ

UEFA bu futbolçuların oyununu səsverməyə çıxardı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Real"dan Vinisius Junior və Dortmund "Borussiya"sından Mats Hummels namizəd göstərilib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Vinisius "Bavariya" ilə səfər matçında (2:2) dubl edib. Hummels isə evdə PSJ-yə qalib gəldikləri oyunda (1:0) qapının toxunulmaz saxlanılmasında əsas pay sahiblərindən biri olub.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla