AZ

Mbappe kuryoz hadisə ilə üzləşdi

style='margin-bottom:10px;'>

PSJ-nin avtobusu Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya"sı ilə səfər oyunundan sonra stadionu futbolçu Kilian Mbappesiz tərk edib.

QOL.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. Bildirilib ki, fransalı hücumçu  matçdan sonra dopinq testindən keçməli olub və bu səbəbdən komanda ilə birlikdə klub avtobusunda yola düşə bilməyib. Daha sonra o, şəxsi avtomobillə hava limanında komanda yoldaşlarına qoşulub.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. Bu mövsüm fransalı hücumçu 45 matçda iştirak edib, 43 qol vurub, 10 qolun ötürməsini verib.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla