AZ

“Mənim üçün əsas olan komandaya kömək etməkdir"

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni hansı mövqedə oynamağı xoşladığını açıqlayıb.

Sportinfo.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, fransalı futbolçu müdafiə zonasında oynamağa üstünlük verdiyini bildirib:

“Mənim üçün əsas olan komandaya kömək etməkdir. Müdafiə zonasında oynamağa üstünlük verirəm.

Lakin mərkəz müdafiəçisi mövqeyinə ehtiyac yaranırsa, əlimdən gələni edirəm”.

“Real” aprelin 30-da Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bayern”lə heç-heçə edib (2:2). Cavab qarşılaşması mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla