AZ

Bank kartından oğurluq edən şəxs saxlanıldı

Bank kartından oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 212 manatının oğurlanması ilə bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Məmmədəli Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla