AZ

Hirslənməyin, infarkt keçirərsiniz! - SƏBƏB

Tədqiqatçılar qısa müddətli qəzəb partlamalarının infarktın əsas səbəblərindən olduğunu açıqlayıblar.

 

Modern.az xəbər verir ki, bununla bağlı araşdırmanın təfərrüatları "American Heart Association (AHA) Journal"da dərc olunub.


Tədqiqatçılar fərdlərin mənfi duyğular yaşadıqdan sonra damarlarının nə qədər genişlənə bildiyini, damarları örtən endotel hüceyrələrinin zədələnib-zədələnmədiyini və özlərini düzəldə bildiklərini araşdırıblar. Tədqiqat çərçivəsində ürək xəstəlikləri, ciddi psixi sağlamlıq problemləri və ya digər xroniki xəstəlikləri olmayan 280 gənc seçilib.

 

Qan təzyiqi və ürək döyüntülərinin ölçülməsinə əlavə olaraq, endotel hüceyrələrinin sağlamlığını müəyyən etmək üçün laboratoriya testləri aparılıb. Testlərdən sonra qruplara bölünən şəxslərdən 8 dəqiqə ərzində qəzəb, narahatlıq və kədər hissi doğuran xatirələri xatırlamaları və onları yüksək səslə paylaşmaları xahiş olunub.

 

Qəzəb doğuran xatirələrin yada düşməsinin insanlarda qan damarlarının genişlənmə qabiliyyətini azaltdığı müşahidə edilib. Qan damarlarının genişlənməsi o baxımdan önəmlidir ki, bu, bədənin oksigen və ya qida çatışmazlığı olan bölgələrinə qan axını artırır.

 

“Qəzəb qan damarlarınız üçün pisdir. Qəzəb hissi damarlarınızın fəaliyyətini pozur, bu da infarkt riski ilə əlaqələndirilir. Biz aşkar etdik ki, insanlar qəzəbləndiyi vaxt vazodilatasiya qabiliyyətləri zəifləyir. Bəs həyatınızda 10 min dəfə əsəbiləşsəniz nə olar? Bu, daimi ziyana səbəb ola bilər", - deyə araşdırmanın əsas müəllifi qeyd edib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla