AZ

Fuad Nağıyev: Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq

Fuad

Bakı, 2 may, AZƏRTAC

Bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq. Ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Sözsüz ki, turizm yerli iqtisadiyyatı gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyada çıxışı zamanı deyib.

Fuad Nağıyev Azərbaycanın turizm sahəsinin inkişafına böyük diqqət yetirdiyini vurğulayaraq bildirib: “Azərbaycanın turizm potensialı yüksəkdir. Həmçinin turizm insanları qovuşdurmaq imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla