AZ

Mbappeyə dopinq yoxlaması

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında "Borussiya"ya (Dortmund) məğlub olduqları oyundan sonra komanda ilə birlikdə stadionu tərk etməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə "FootMercato" nəşri məlumat yayıb.

Fransalı hücumçu matçdan sonra dopinq testindən keçməli olub və bu səbəbdən yubanıb. O, arenanı komandanın avtobusuyla deyil, şəxsi avtomobili ilə tərk edib. Mbappe hava limanında komanda yoldaşlarına qoşulub.

PSJ ilk oyunda "Borussiya"ya məğlub olub - 0:1. Komandalar arasındakı cavab görüşü mayın 7-də Parisdə olacaq.
Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla