AZ

Terziç: "Qələbəyə layiq idik"

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasında PSJ-yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis UEFA-nın saytına açıqlamasında bunları deyib:

"Qələbəyə layiq idik. Yaxşı komanda oyunu göstərdik. Daha çox qol vura bilərdik, amma rəqibin də şansları oldu. Ümumilikdə, bizimçün yaxşı nəticə olduğunu düşünürəm. Çox qaçdıq, güc sərf etdik. Qələbə üçün də elə bu lazım idi. İndi bir oyun qalıb. Cavab görüşündə bərabərlik də sərf edəcək. Cüzi üstünlüyümüz var və yaxşı fürsətdir".

Komandalar arasındakı cavab görüşü mayın 7-də olacaq.
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla