AZ

Vulkan püskürməsinə görə 12 mindən çox insan köçürülüb

Vulkan

İndoneziyada Ruanq vulkanının davam edən püskürməsi səbəbindən minlərlə insan təxliyə edilir.

Reyting.az
“Reuters” istinadla xəbər verir ki, hazırda Ruanq vulkanının boz tüstüsü yayılır.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi xəbərdarlıq statusunu ən yüksək səviyyəyə qaldırıb. Sakinlərə vulkanik materialın okeana çökməsi nəticəsində yarana biləcək sunami barədə xəbərdarlıq da edib.

Məlumata görə, yerli hava limanı bağlanıb. Bu arada “AirAsia” vulkan püskürməsinin Malayziyanın Borneo adasına uçuşlara təsir etdiyini bildirib.

Qeyd edək ki, İndoneziyadakı Ruanq vulkanı aprelin 29-da püskürməyə başlayıb. Vulkanın yaratdığı problemlər səbəbindən səlahiyyətlilər Taqulandang adasından 12 mindən çox insanı təxliyə etmək məcburiyyətində qalıb.

V. QULİYEV
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla