AZ

Dövlət İmtahan Mərkəzində görüş keçirilib

1 may 2024-cü il tarixində Bakıda işgüzar səfərdə olan Böyük Britaniyanın dövlət maliyyə idarəçiliyi üzrə beynəlxalq qurumunun nümayəndələri ilə Dövlət İmtahan Mərkəzində (DİM) görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, CIPFA-nın Beynəlxalq məsələlər üzrə direktoru Xalid Həmidin rəhbərlik etdiyi nümayəndə heyəti və Mərkəzin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Görüşdə CIPFA-nın Beynəlxalq məsələlər üzrə direktoru Xalid Həmid CIPFA kvalifikasiyalarını yerli mühitə uyğunlaşdırmaqla peşəkar mühasibatlıq imtahanlarının təkmilləşdirilməsi, həmçinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Qeyd edək ki, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizədlər CIPFA-nın sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilirlər.

 

Eyni zamanda, görüşdə imtahanların keçirilməsi və yazı işlərinin yoxlanılmasında, habelə test tapşırıqlarının hazırlanmasında süni intellktən istifadəyə dair beynəlxalq qurumun təcrübəsi və qurula biləcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Qeyd edək ki, CIPFA-nın nümayəndə heyətinin Bakıdakı işgüzar səfərinin əsas məqsədi 2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında “Facilitating Green Finance” mövzusunda dəyirmi masa müzakirəsini təşkil etmək məqsədilə müvafiq qurumlarla danışıqlar aparmaqdır.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla