AZ

Bu qidalardan UZAQ DURUN

Ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək təhlükəli qidaların siyahısını sizin üçün tərtib etdik.

QAZLI DİYET İÇKİLƏR

Qazlı içkilərin zərərləri ilə yanaşı, 0 şəkərli, diyet içkiləri kimi alternativlərin tərkibində olan süni dadlandırıcılar da böyük risklər yaradır.

News24.az xəbər verir ki, dietoloq Şonali Soans bu dadlandırıcıların əsl şəkərdən daha təhlükəli ola biləcəyini vurğulayır.

Soansa görə, süni dadlandırıcılar xərçəngə və həzm problemlərinə səbəb ola bilər.

Bu içkilər, xüsusən də tərkibində aspartam olanlar diabet riskini artıra bilər.


AZ YAĞLI FISTIQ ƏZMƏSİ

Fıstıq yağı əslində tərkibindəki "doymamış yağlar" sayəsində çox faydalı qidadır.

Bununla belə, dietoloqlar xəbərdarlıq edirlər ki, az yağlı fıstıq yağı yemək xeyirdən çox zərər verə bilər.

Çünki bu məhsullar çox vaxt ürək üçün faydalı miqdarda yağ əldə etməyinizə mane olur, həm də əlavə şəkər və qatqı maddələri qəbul etməyimizə səbəb olur.

Fıstıq yağını seçərkən ən vacib məqam onun təbiiliyinə fikir verməkdir. İdeal olaraq, etiketdə yalnız üç inqrediyent göstərilməlidir: fıstıq, yağ və bəlkə də bir az duz.


HAZIR SƏHƏR YEMƏKLƏRİ

Səhər tez bir zamanda hazırlana bilən bu taxıllar ağ unla hazırlandıqda düşündüyünüzdən daha zərərli ola bilər. 

Diyetisyen Andrews bildirir ki, belə taxılların qida dəyəri aşağıdır və tərkibində təmizlənmiş karbohidratlar var. Bu, sizi tox tutmaq əvəzinə qan şəkərinin qəfil yüksəlməsinə və düşməsinə səbəb ola bilər.

Bu, gün ərzində yorğunluq, əhval dəyişikliyi və ani aclıq hissi kimi problemlərə səbəb ola bilər.

Bunun əvəzinə tam buğda unundan hazırlanmış variantı seçmək daha sağlam ola bilər.

Son zamanların sevimlisi olan və sadəcə su əlavə etmək qədər rahatlıqla istehlak edilə bilən bu qida məhsulu əslində ən təhlükəli qidalar siyahısındadır.

Diyetisyen Soans'a görə, "tez istehlak olunan" qidaları hazırlamaq üçün tətbiq edilən kimyəvi proseslər onların dəyərini öldürür.


Günel Məlikzadə

Seçilən
80
22
Mənbələr
Şərh ()
Bağla