AZ

Qadın ərinin qardaşı oğlu tərəfindən boğularaq ÖLDÜRÜLDÜ: 9 ay evlərində qaldı, daha sonra isə...

Qadın ərinin qardaşı oğlu tərəfindən boğularaq ÖLDÜRÜLDÜ: 9 ay evlərində qaldı, daha sonra isə...

Türkiyənin İstanbul şəhərində iki uşağının gözü qarşısında boğularaq öldürülən Suriya əsilli Əminə Dərvişin qatilinin kim olduğu məlum olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qatilin 9 ay evlərində qonaq qalan ərinin qardaşı oğlu olduğu məlum olub.

Qadının əri qardaşı oğlunun 9 ay onların evində qaldığını, daha sonra arvadı ilə dalaşaraq evi tərk etdiyini bildirmişdi. Kişi polisə ifadəsində qardaşı oğlunun qətli törətmiş ola biləcəyini bildirib.

Hadisəni araşdıran polis,qatil çübhəlisi olan qardaş oğlunun hadisə baş verən səhər evə gəldiyini, qətldən sonra getdiyinin təhlükəsizlik kamerası görüntülərini əldə edib. Görüntülərdə şübhəlinin evə doğru getdiyi, bir müddət sonra eyni kamera bucağına girən şübhəlini sürətlə uzaqlaşdığı görülüb.

Qətldən sonra Kilisə qaçan şübhəli polis tərəfindən saxlanılıb.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla