AZ

Avropa Liqası: “Roma” “Bayer”i, “Marsel” “Atalanta”nı qəbul edir

Avropa

Bakı, 2 may, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olacaq. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edəcək.

Digər görüş isə Fransada baş tutacaq. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunu sınağa çəkəcək. Oyunda ədaləti almaniyalı referi Daniel Zibert qoruyacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 22-də keçiriləcək.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla