AZ

Mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi olduqca vacibdir - Ciorcio Mule

Bakı. Trend:
Mədəni irsin qorunması qanunvericilik orqanlarının üzərinə düşən ənmühüm vəzifələrdən biridir.

Trend-in məlumatına görə, bunu İtaliya Parlamentinin DeputatlarPalatasının vitse-prezidenti Ciorcio Mule
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu vəqabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanıdeyib.

O qeyd edib ki, mədəni irsin qorunaraq gələcək nəsillərəötürülməsi olduqca vacibdir.

C.Mule bildirib ki, İtaliya qanunlarına əsasən, mədəni irsinqorunması üçün övlət qurumları inzibati addımlar atırlar.

“Mədəni irsin qorunmasında cəmiyyətin rolunu da qeyd etməklazımdır. İtaliyada mədəni irsin qorunmasına dair qanunvericilikaktları mövcuddur. İtaliyada mədəni irsin qorunmasına xüsusi diqqətyetirlir. Sadəcə parlamentlər mədəni irsin qorunmasında yeganətərəf deyillər. Qanunvericiliyin icrasına nəzarət edən qurumlar daməsuliyyət daşıyır və qanunun icrasına nəzarət vacib amildir. Bizçalışmalıyıq ki, mədəni irsi daha yaxşı qoruyaq, riskləri azaldaqvə mədəni irsin iqtisadiyyata töhfə verməsini təmin edək”, - deyə oəlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla