AZ

Ronaldo Şehiçin qapısına 2 qol vurdu, komandası finala çıxdı

Səudiyyə Ərəbistanı kubokunda ikinci yarımfinal görüşü keçirilib.

Publika.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Naər” “Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi ”“Əl-Xaleic”lə qarşılaşıb. Görüş Ər-Riyad təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sarı-göylər"in heyətində Ronaldo dubl edib, Sadio Mane isə bir dəfə fərqlənib.

Bu qələbə sayəsində “Əl-Nəsr” turnirin finalına yüksəlib. Kral Kuboku uğrunda həlledici görüşdə Ronaldonun komandası daha əvvəl “Əl-İttihad”ı mübarizədən kənarlaşdıran (2:1) “Əl-Hilal”la qarşılaşacaq.

Heybət

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla