AZ

Edin Terziç: “PSJ-yə daha çox qol vura bilərdik”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının PSJ ilə ilk yarımfinal oyununda ev qələbəsini (1:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman-xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, layiqli qələbə, yaxşı komanda oyunu idi. Biz daha çox qol vura bilərdik, amma elə, onlar da. Ona görə də mənim fikrimcə, nəticə yaxşıdır. Çox qaçdıq, amma belə bir oyunda bu lazımdır. “Uembli”yə yolu qazanmaq gərəkdir. İndi bizə gərək olan tək şey cavab oyununda heç-heçə etməkdir, amma gələn həftə də qalib gəlmək istəyirik. Azacıq üstünlüyümüz var və bu, yaxşı fürsətdir”, deyə Edin Terziç vurğulayıb.

Komandalar arasında cavab oyunu mayın 7-də Parisdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla