AZ

Braziliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

Braziliyada daşqınlar nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində bir müddətdir yağan güclü yağışlar daşqınlara və insan tələfatına səbəb olub.

İtkin düşən 21 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Yağışlar zamanı 1400 nəfərin yaşayış yerini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın tapşırığına əsasən daşqından zərər çəkmiş rayonlara humanitar yardım ləvazimatları göndərilib.

Əyalət qubernatoru Eduardo Leite bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlara xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla