AZ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında artım sürətinin xeyli zəifləməsi müşahidə edilir. 


Sfera.az AMB-nin açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin sonunda 11,613 milyard dollar olan ehtiyatların həcmi bu ilin mayın 1-də 11,661 milyard dollara çatıb. Son 4 ayda valyuta ehtiyatlarının həcmi cəmi 48 milyon dollar və ya 0,41 faiz artıb.


Son 3 ayda isə ehtiyatların həcmində artım sürəti xeyli zəifləyib. Fevral, mart və aprel ayları ərzində valyuta ehtiyatları hər ay orta hesabla 4-6 milyon dollar artıb. 


AMB-nin ehtiyatlarında artım sürətinin zəifləməsi ölkə daxilində xarici valyutaya tələbin əvvəlki illərlə müqayisədə xeyli artmasını göstərir. Adətən ehtiyatlardakı dəyişiklik valyuta bazarında tələb və təklifin fərqindən asılı olur. Fərq müsbət olanda ehtiyatlar artır, mənfi olduqda ehtiyatlar azalır. 2024-cü ildə xarici vəsaitə tələb və təklif arasındakı fərq sıfıra yaxınlaşdığından ehtiyatlarda artım sürəti minimuma enib. Bu vəziyyətin nə qədər davam edəcəyini zaman göstərəcək.


Xatırladaq ki, 2023-cü ildə AMB-nin ehtiyatları böyük sürətlə artmışdı. İlk 4 aylıq dövrü götürsək, ehtiyatlar 2023-cü ildə 194 milyon dollar artaraq 9,19 milyard dollara çatıb.  


Vasif


 

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla