AZ

Brayan Mayer: Yaxşı niyyətlə istifadə olunsa, sosial media bizim köməyimizə çata bilər

Brayan

Bakı, 2 may, AZƏRTAC

Elə bir dünyada yaşayırıq ki, bu, sosial mediaya da birbaşa təsir göstərir. Yaxşı niyyətlə istifadə olunsa, sosial media bizim köməyimizə çata bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Argentinanın müdafiə nazirinin müşaviri, jurnalist Brayan Mayer VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?" mövzusunda panel sessiyada deyib.

“Mənim sosial şəbəkə hesabımda xeyli izləyicim var. Sosial media vasitəsilə bir çox jurnalist birləşə bilib, biz bir növ ailə olmuşuq. Bu və ya digər hadisələrlə bağlı məlumatları sosial mediada bir-birimizlə paylaşırıq. Yaxşı niyyətlə istifadə olunsa, sosial media bizim köməyimizə çata bilər. Milyonlarla kilometr uzaqda olan insanlar bir-biri ilə ünsiyyət qura bilir. Sosial media bir çox məlumatlara çıxış üçün yaxşı imkan yaradır. Bizim üzərimizə düşən əsas iş isə XXI əsrin bizə verdiyi bu imkanları sülh və tolerantlıq üçün istifadə etməkdir, - deyə Brayan Mayer əlavə edib.

 

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla