AZ

Orxan Amaşov: Sosial media düzgün istifadə edildiyi zaman müsbət platformadır

Orxan

Bakı, 2 may, AZƏRTAC

Sosial media düzgün istifadə edildiyi zaman müsbət platformadır. Hətta Azərbaycan və Ermənistan jurnalistləri arasında qarşılıqlı ünsiyyət qurmaq məhz sosial media platformasında mümkün olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Analitik Xəbər Bülleteninin baş analitiki Orxan Amaşov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda panel sessiyada deyib.

O bildirib ki, bəzi şəxslər sosial medianı özlərinin mənfi üçün əməlləri istifadə edirlər. “Azərbaycan ilə Ermənistan arasında müharibə bitdikdən sonra Ermənistan tərəfinin yaratdığı vəziyyəti sosial medianın mənfi kontekstə istifadəsinə nümunə göstərmək olar. Ermənistan tərəfi Qarabağda hər iki millətin sülh içərisində yaşamasını istəmirdi və bu fikirlər sosial mediada paylaşılırdı. Ancaq Ermənistan sakinləri Laçın dəhlizi vasitəsilə Qarabağı tərk edərkən azərbaycanlı jurnalistlər onlarla ünsiyyət qura bilirdilər. Bu göstərdi ki, ünsiyyət qurmaq mümkündür. Eyni zamanda, Gürcüstanda azərbaycanlılar və ermənilər bir yerdə yaşayıb işləyirlər”.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla