AZ

FED prezidentindən faiz dərəcələri ilə bağlı kritik açıqlama

ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerome Pavell faiz dərəcələrini endirməyə başlayacaqlarını deyib.

Publika.az xəbər verir ki, ABŞ mərkəzi bankı FED-in siyasət faizini gözləntilər daxilində dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz saxlamasından sonra (Fed) sədr Jerome Pavell mətbuat konfransı keçirib.

Pavell bildirib ki, keçən il inflyasiya əhəmiyyətli dərəcədə azalsa da, əmək bazarı güclü olaraq qalır, lakin inflyasiya riski hələ də yüksəkdir:

“İnflyasiyanın azaldılmasında əlavə irəliləyişlərin əldə ediləcəyinə dair heç bir zəmanət yoxdur və onun gələcək kursu qeyri-müəyyəndir. İnflyasiyanı 2 faiz hədəfinə endirməkdə qərarlıyıq. Pul siyasətindəki məhdudlaşdırıcı mövqe iqtisadi fəaliyyətlə əlaqəlidir. Daha əvvəl də qeyd etdiyim kimi, inflyasiya məlumatları gözləntilərin üzərinə çıxdı. Çox güman ki, bu proses gözləniləndən daha uzun sürəcək”.

Pavell qarşıdan gələn seçkilərin faiz qərarlarına təsir etməyəcəyini vurğulayıb:

Seçilən
97
17
Mənbələr
Şərh ()
Bağla