AZ

Norveçli səyyahlar Şuşada (FOTO)

Şuşa. Trend:

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30nəfərlik heyəti Şuşa şəhərinə səfər edib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, əsasən gənclərinüstünlük təşkil etdiyi heyətin Şuşa şəhəri ilə tanışlığıbaşlayıb.

Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan,Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğuŞuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəkivəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədəməlumat verib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəkitarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruzqalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslıbərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulmasıilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix vəmədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ vəŞərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Budəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu iləFüzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xəttiüzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilərşəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, buklubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin GəzginlərKlubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzurasəfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalqsəyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaqimkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insanQarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Norveçli
Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla