AZ

Türkiyə növbəti atom elektrik stansiyasının tikintisində iştirak payını artıracaq

Türkiyə ikinci atom elektrik stansiyasının (AES) yaradılması prosesində yerli iştirak payının ən azı 50% olmasını hədəfləyir.

APA-Economics”in “Yeni Şafak”a istinadən verdiyi məlumaat görə, bunu Nüvə Sənayesi Assosiasının rəhbəri Alikaan Çiftçi bildirib.

O, 20 mlrd. dollar investisiya həcmi olan "Akkuyu" AES-də 5 mlrd. ABŞ dolları səviyyəsində olan yerli istehsalçı töhfəsinin ikinci elektrik stansiyasında 10 mlrd. dollara yüksəlməsini gözlədiklərini ifadə edib.

Alikaan Çiftçi qeyd edib ki, “Akkuyu” stansiyasının birinci enerji blokunun işə salınması bu ilin sonunda istifadəyə veriləcək. Digər tərəfdən, ikinci və üçüncü AES-in tikintisi planları üzrə də proses sürətlənib. Rusiya, Çin və Cənubi Koreya ilə yeni elektrik stansiyaları üzrə danışıqlar davam edir.

Xatırladaq ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan birinci atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla