AZ

Millinin məşqçisi: "O, mövsümün tapıntısıdır"

Azərbaycan Premyer Liqasında sona dörd tur qalıb. Çempionun bəlli olduğu ("Qarabağ") yarışda əsas mübarizə gümüş medal və avrokuboklara vəsiqə uğrundadır. 

"Sumqayıt" və "Neftçi" 50 xalla müvafiq olaraq 2 və 3-cü yerdədir. 49 xalı olan "Zirə" və "Sabah" isə 4, 5-ci sıraları tutub. 

"Neftçi"nin sabiq məşqçisi Etibar Tarıverdiyev "FutbolPress"ə açıqlamasında komandaların şanslarını dəyərləndirdi:

"Hər komandanın şansı var. Elə perioddur ki, komandalar diqqətsizlik etməməli, təzyiqdə oynamağı bacarmalıdır. Kim az xal itirsə, gümüş medal da onun olacaq. Hansısa komandanı fərqləndirmək olmur. Vacib məqam daha diqqətli olmaqdır. Kim bunlardan çıxa bilsə, hədəfinə də o çatacaq".

Azərbaycanın U-16 yığmasında qapıçı məşqçisi olan mütəxəssis "Neftçi" ilə bu mövsüm yaxşı performans sərgiləyən, yığmaya da dəvət alan Rza Cəfərov haqda da fikirlərini bölüşdü:

"Rza Cəfərov şansından yaxşı istifadə etdi. O, mövsümün tapıntısıdır. Potensialı var və istedadlı oyunçudur. Buna baxmayaraq, üzərində daha çox çalışmalıdır. Zaman lazımdır ki, püxtələşsin, qapıçı kimi böyüsün".

Şahin Cəfərov
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla