PSJ Çempionlar Liqasının yarımfinal mərhələsində "Borussiya"ya məğlub olub - 0:1.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin 18 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emeri görüşdə start heyətdə oyuna daxil olub. Uorren ÇL-də yarımfinallarda əsas heyətdə meydana çıxan ikinci ən gənc oyunçu olub.
Birinci isə Yulian Drakslerdir. O, 2011-ci ildə "Şalke" formasıyla yarımfinalda meydana çıxıb.