AZ

Premyer Liqa klublarına olan borclar ödənildi

Premyer Liqa klublarının intizarı başa çatıb.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, elita təmsilçilərinə mart ayından qalan borclar artıq tam ödənilib. O da qeyd olunub ki, gecikmə federasiyanın özündən qaynaqlanmır,

Premyer Liqa, I Liqa və II Liqa iştirakçıları dövlət tərəfindən dəstəklənir. Çıxış etdikləri yarışın statusundan asılı olaraq, onlara aylıq dotasiya ayrılır.

Premyer Liqada bu rəqəm 300 min manat təşkil edir. Adətən, hər ayın ortasında göstərilən vəsait onların bank hesabına köçürülür.

Son vaxtlar isə ödəmələrin ünvanına vaxtında köçürülməsində «quyruqlar»ın əmələ gəlməsini duymaqdayıq. Klublardan buna dair çoxsaylı şikayətlər eşitməkdəyik.

SPORTİNFO.AZ

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla